قوجا دیر،دیش یوخودور
بئکار دیر،ایش یوخودور
سوروشسان : "حایات نه دیر ؟"
قاریشمیش بیر یوخودور
Qocadir,dış yoxudur
Bekardir iş yoxudur
Soruşsan hayat nədir"
Qarişmiş bir yuxudur
سحر یوخودان دوردوم
خارجَه قاچماق ایچین
بیر گؤزَل،یئنی قاپی
اوزومه آچماق ایچین
گؤردوم اَل چَکَه بیلمَم
ائویمدَن،وَطنیمدَن
وطنین عشقی چیخماز
روحومدان،بَدنیمدَن
آلداتدیم هی اؤزومو
دئدیم آزادلیق گَلر
بیرگون بیزیم اولکه یَه
راحاتلیق،شادلیق گَلر
درد،آجی، عذاب چَکیب
عؤمور بویو یورودوم
یورغون،پوزغون وطن دَه
قالدیم،اؤلدوم،چورودوم
Səhər yuxudan durdum
Xaricə qaçmaq için
Bir gözəl,yeni qapi
Üzümə açmaq için
Gördüm əl çəkə bilməm
Evimdən,vətənimdən
Vətənin eşqi çıxmaz
Ruhumdan,bədənimdən
Aldatdim hı özümü
Dedim azadliq gələr
Bir gün bizim ölkəyə
Rahatlıq,şadliq gələr
Dərd,acı,əzab çəkib
Ömür büyü yürüdüm
Yorğun,pozğun vətəndə
Qaldim,öldüm,çürüdüm
یاغیش اولدو باغیما
دایاق اولدو داغیما
بیر باخیشین جان وئردی
قوروموش توپراغیما
Yağiş oldu bağıma
Dayaq oldu dağima
Bir baxişin can verdi
Qurumuş toprağıma
Ey bada gedib cəlalı səbr et,səbr et.
Dağ-daş, meşənin maralı səbr et səbr et.
Mərhəm olacaq dərdlərinə özgürlük
Ey qəlbi dərin yaralı səbr et, səbr et
قیشدا اؤز آتشین اول
خرمنین،کولَشین اول
لاپ قارانلیق گونلَرده
پارلایان گونَشین اول
Qışda öz atəşin ol
Xırmanın,küləşın ol
Lap Qaranlıq günlərdə
Parlayan günəşin ol
اؤلو،دیرینی ساتیر
خیردا،ایرینی ساتیر
بازار لاپ رؤونق لی دیر
هرکس بیرینی ساتیر
Ölü,dirini satir
Xirda,irini satir
Bazar lap rövnəqlidir
Hərkəs birini satir
خسته دیر،ساغلام اولماز
ماتم دیر،بایرام اولماز
ذاتی پیس اولان آدام
دوزلمَز،آدام اولماز
Xəstədir,sağlam olmaz
Matəmdir,bayram olmaz
Zati pis olan adam
Dülzəlməz,adam olmaz