بیری وارکی پری دیر
قهوه نین شکری دیر
آدی،یادی،قوخوسو
دیلیمین ازبری دیر
Biri var ki pəridir
Qəhvənin şəkəridir
Adı, yadı, qoxusu
Dilimin əzbəridir
یومورتا،یاغ قالمادی
داغ-داش،چؤل،باغ قالمادی
اوغرولارین الیندن
هئچ بیر شی ساغ قالمادی
Yumurta, yağ qalmadı
Dağ-daş,çöl , bağ qalmadı
Oğruların əllindən
Heç bir şey sağ qalmadı
گئنیش دیر آمما دار دیر
گئجه-گوندوزو تار دیر
هئچ بیر یولچوسو یوخدور
قلبیم ایزسیز دیار دیر
Genişdir amma dardır
Gecə-gündüz tardır
Heç bir yolçusu yoxdur
Qəlbim izsiz diyardır
اوره ییم آرام تاپیر
گؤزل گون-آخشام تاپیر
سنی قوجاغلایاندا
یاشامیم آنلام تاپیر
Ürəyim aram tapır
Gözəl gün-axşam tapır
Səni qocalığında
Yaşamım anlam tapır
سئوگی نین معناسی دیر
دردلرین آیناسی دیر
گوز یاشی آجیلارین
لاپ گؤزل ایمضاسی دیر
Sevginin mənasıdır
Dərdlərin aynasıdır
Göz yaşı acıların
Lap gözəl imzasıdır
بیری سنی سن ائدر
هر شئی له دوشمن ائدر
سونرا سنی ترک ائدیب
سنی ده سن دن ائدر
Biri səni sən edər
Hər şeylə düşmən edər
Sonra səni tərk edib
Səni də səndən edər
مظلوملارا دایاق اول
ظالیملره اوراق اول
یاشامین ساواشیندا
اؤزوندن گؤز قولاق اول
Məzlumlara dayaq ol
Zalımlara oraq ol
Yaşamın savaşında
Özündən göz-qulaq ol
شرابی،جامی یوخدور
سحر،آخشامی یوخدور
سئوگی سیز یاشاماغین
هئچ بیر آنلامی یوخدور
Şərabi,cami yoxdur
Səhər,axşamı yoxdur
Sevgisiz yaşamağın
Heç bir anlamı yoxdur
یئل اَسَر بیزدن سورا
قیش کَسَر بیزدَن سورا
اجل داش،پامبیق ایله
باش کَسَر بیزدن سورا
Yel əsər bizdən sora
Qış kəsər bizdən sora
Əcəl daş, pambıq ilə
Baş kəsər bizdən sora
اوزگونم عاشیق کیمین
یالنیزام قاییق کیمین
بو دونیادا قالمیشام
بیر اسیر بالیق کیمین
üzgünəm aşiq kimin
Yalnızam qaeiq kimin
Bu dünyada qalmişam
Bir əsir baliq kimin